Ekvadordan Ermənistana təxminən üç ton kokain göndərilməyə cəhd edilib

Ekvadordan Ermənistana təxminən üç ton kokain göndərilməyə cəhd edilib

16 May 2023 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

İtalyan maliyyə mühafizəçiləri Goya Tauro limanında (Calabria) konteynerlərdə 2,734 ton kokain aşkar ediblər.

Oxuməni.az xəbər verir ki, bu barədə RBK-nın yaydığı məlumatda deyilir.

Araşdırmalar zamanı məlum olub ki, narkotik maddələr Ekvadordan Gürcüstanın Batumi limanı vasitəsilə Ermənistana göndərilməli idi. İzi itirmək üçün narkotik maddə banan qutularında gizlədilib. Hələlik nakotik maddə alıcısı barədə məlumat verilmir. Lakin istintaqdan sızan bəzi məlumatlara görə, narkotik maddənin alıcısı Ermənistan Baş nazırı Paşinyanın komandasında yüksək vəzifə tutan şəxslərdən biridır. Onun Paşinyanın həyat yoldaşı Anna Akopyan tərəfindən himayə olunduğu ehtimal edilir.

Əziz Salamoğlu, Oxuməni.az