Bıçaqlı hücum nəticəsində insanlar şoka düşüb
Fransanın Annesi şəhərində bıçaqlı hücum nəticəsində 8-i uşaq olmaqla 9 nəfər yaralanıb.
Fransa mətbuatında çıxan xəbərə görə, Annesidə bir şəxs parkın yaxınlığında uşaqlara bıçaqla hücum edib. Hadisə nəticəsində 8-i uşaq olmaqla 9 nəfər yaralanıb. Polis hücumda şübhəli bilinən şəxsi saxlayarkən, yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilib. Hücumun baş verdiyi bölgədəki Haute-Savoie qubernatorluğu insanları hadisə yerindən uzaq durmağa çağırıb.
Fransanın baş naziri Elizabet Borne və daxili işlər naziri Cerald Darmaninin bölgəyə səfəri gözlənilir. Darmanin twitter hesabından verdiyi açıqlamada Annesi şəhərində bıçaqlı hücumda aralarında uşaqların da olduğu çox sayda insanın yaralandığını bildirib.
Darmanin qeyd edib ki, hücum şübhəlisi polisin çevik müdaxiləsi ilə nəzarətə götürülüb.
Prezident Emmanuel Makron da twitter hesabında hücumu qorxaqlıq adlandıraraq, hücumun qurbanlarının xüsusilə uşaqların olduğuna diqqət çəkib. Makron hücumla bağlı “Millət şokdadır” ifadəsini işlədərək həlak olanların ailələrinə başsağlığı verib.
Murad Şahməmmədov




















































.jpg)










































