On bir yaşlı qız ailəsinin gözü önündə qətlə yetrildi
Fransada 11 yaşlı ingilis qızı vuran hollandiyalı qonşuya qarşı cinayət işi açılılıb. Hadisənin iki ailə arasında torpaq mübahisəsi zəminində baş verdiyi güman edilir. Fransanın Breton bölgəsində yaşayan 11 yaşlı Britaniya vətəndaşı Solaine Thornton öz bağçalarında oynayarkən güllələnərək öldürülüb. Bildirilib ki, kiçik qız ailəsi ilə torpaq mübahisəsi yaşayan 71 yaşlı hollandiyalı qonşusu Dirk Raatsın açdığı atəş nəticəsində ölüb. Britaniya mətbuatının yazdığına görə, Quimper şəhərinin Saint Herbot kəndində baş verən hadisə ailənin iki qız övladının öz bağçalarında yelləncəkdə oynayarkən baş verib. Valideynləri manqalda yemək hazırlayarkən, Solaine açılan atəş nəticəsində hadisə yerində ölüb.
Qonşunun gülləsinə tuş gələn ana və ata da yaralanıb. Atanın vəziyyətinin ağır olduğu bildirilib. Solainin səkkiz yaşlı bacısının açılan atəş nəticəsində xəsarət almadığı, şokda olduğu qeyd edilib.
Hadisədən sonra Raats polisə təslim olub. Prokurorluq qətldə şübhəli bilinən hollandiyalı qonşuya qarşı istintaqa başlayıb. Raatsın həyat yoldaşının isə həbs olunduqdan sonra sərbəst buraxıldığı bildirilir.
Murad Şahməmmədov




















































.jpg)










































