İki yüz səksən milyard dollar oğurlandı
ABŞ-da 280 milyard dollar oğurlandı: Covid-19 fondunu belə taladılar. ABŞ-da Covid-19 yardım fondundan 280 milyard dollardan çox vəsait oğurlanıb. Fırıldaqçılar məhbusların və ölənlərin sığorta nömrələri ilə dövlətdən yardım alıblar. Bundan əlavə, 4,2 trilyon dollarlıq fondun 123 milyard dollarının israf edildiyi bildirilib.
ABŞ hökuməti Covid-19 yardımı üçün ümumilikdə 4,2 trilyon dollar ayırdığını bildirib.
Hesabatda hadisənin “ABŞ tarixinin ən böyük fırıldaqçılığı” olaraq qiymətləndirildiyi və bu məbləğin 280 milyard dollardan çoxunun oğurlandığı, 123 milyard dollardan çoxunun isə israf edildiyi bildirilib. Bildirilib ki, bu Covid-19 üçün ümumi ayrılan yardımın 10 faizi qədərdir.
Müstəntiqlər və ekspertlər isə digər tərəfdən, hökuməti Covid-19 epidemiyasının əvvəlində yardım üçün ayrılan vəsaiti tez bölüşdürməyə çalışmaqda günahlandıraraq, yardım üçün müraciətlərdə bir neçə məhdudiyyət olduğunu və kifayət qədər nəzarətin olmadığını iddia edərək, bunun da fırıldaqçıların işini asanlaşdırmasını xüsusi qeyd ediblər.
Fırıldaqçılar işsizlik müavinəti almaq üçün həbsxanalardakı məhbusların və ölənlərin sosial təminat nömrələrindən istifadə edərək ölkənin bir çox ştatlarında oğurluq ediblər.
Vaşinqtonun Şərq Bölgəsi Baş Prokurorluğunun şöbə rəisi Dan Fruchter, "Burada hər kəsin istifadə edə biləcəyi sonsuz pul gölü var idi. İnsanlar qanuni olmasa da, sosial baxımdan məqbul olduğunu düşünərək özlərini aldatdılar", - deyə bildirib.
ABŞ Ədliyyə Departamentinin Covid-19 Bölməsinin direktor köməkçisi Mayk Qaldo yardım fondunun oğurlanması ilə bağlı "Bu, görünməmiş bir fırıldaqdır",- deyib.
Bildirilir ki, Vaşinqton hökuməti indiyədək aralarında əsgərlər, keşişlər, digər məmurlar və cinayətkarlar da daxil olmaqla 2230-dan çox adamı fırıldaqçılıqda ittiham edərək hərəkətə keçib və minlərlə adamın istintaqı davam edir.
Murad Şahməmmədov




















































.jpg)










































