Astanada bank əməkdaşlarını girov götürən şəxsi 12 ilə qədər həbs gözləyir
Polis Astanadakı Dostık küçəsində Kaspi Bank filialının yeddi əməkdaşını girov saxlayan Əlixan Muradova qarşı Qazaxıstan Cinayət Məcəlləsinin 261-ci ("girov götürmə") maddəsi ilə istintaq başladıb. Saxlanılan şəxs 7 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Oxuməni.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatının yaydığı məlumatda deyilir.
Xatırladaq ki, iyunun 18-də saat 13:51-də naməlum şəxs bank filialına daxil olub və tapançaya bənzər əşyanı çıxararaq yeddi nəfəri girov götürüb.
Dərhal Qazaxıstan DİN tərəfindən girovları azad etmək üçün müvafiq tədbirlər görülüb. Xüsusi təyinatlı qüvvələr gözyaşardıcı qazdan istifadə edərək əməliyyat keçirib. 30 yaşlı cinayətkar saxlanılıb, bankın əməkdaşları isə heç bir xəsarət almadan azad edilib.
Daha sonra cinayətkar barədə məlumat verilib. Onun 1993-cü il təvəllüdlü Jambıl vilayətinin sakini Əlixan Muradov olduğu məlum olub. Bildirilir ki, o, 2013-cü ildən narkoman kimi qeydiyyata alınıb.
Əziz Mustafa




















































.jpg)










































