Qızıl mağazasını qarət edərkən uşağı öldürdü + Video

Qızıl mağazasını qarət edərkən uşağı öldürdü + Video

11 Yanvar 2020 00:00
Bəyəndim (3) Bəyənmədim (0)

Silahlı kişi qızıl dükanını qarət edərkən aralarında iki yaşlı uşaq olmaqla, üç nəfəri öldürüb. Dəhşətli hadisə Tailandda, Banqkok yaxınlığında baş verib.

Bu barədə “Daily Mail” xəbər yayıb. Daha üç yaralı xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, maskalı şəxs əvvəlcə mühafizəçini güllələyib, sonra isə ətrafa atəş açmağa başlayıb. Hadisə yerindən qaçmazdan əvvəl isə o, qızıl-zinət əşyalarını da özü ilə aparıb. Cinayətkarın axtarışına başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:

(055)7717799(Whatsapp)