Türkiyədə 18 cinayət törədən ər-arvad tutulub

Türkiyədə 18 cinayət törədən ər-arvad tutulub

16 Yanvar 2020 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Antalyanın Manavqat rayonunda yaşayan ər-arvad 18 cinayət törədiblər.

Özlərini M. O. və H. D. kimi təqdim edən şəxslərin barmaq izləri alındıqdan sonra, əslində, M. D. və K. D. olduqları məlum olub.

M. D. polisə tabe olmamaq, silahlı hücum və oğurluğa görə 17 il 11 ay, arvadı K. D. isə oğurluq, iş yerində mala zərər vurma və mənimsəməyə görə 18 il 3 ay müddətinə azadlıqdan məhrum olunublar.

Ədliyyə Məhkəməsinə gətirilən K. D.-nın qucağında körpə uşağı da olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az