Dronlar Krasnodar və Rostova zərbələr endirdi

Dronlar Krasnodar və Rostova zərbələr endirdi

4 May 2023 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 4-nə keçən gecə Rostov vilayətində Novoşaxtı Neft Emalı Zavoduna pilotsuz təyyarələr hücum etdi.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya mətbuatının yaydığı məlumatda deyilir. Öz nıvbəsində Rostov vilayətinin qubernatoru Vasili Qolubev teleqram kanalında deyib ki, zavodun tikilməkdə olan tikililərinə pilotsuz uçuş aparatı çırpılıb, bundan sonra partlayış baş verib: "Partlayış nəticəsində yaranan yanğın dərhal söndürüldü. Yanğınsöndürənlər yanğının söndürülməsinə cəlb olunmadılar, yanma müəssisənin xidmətləri tərəfindən aradan qaldırıldı".

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan yoxdur və dəymiş ziyan əhəmiyyətsizdir.

Neft Emalı Zavodu Novoşaxtinsk şəhərinin yaxınlığında yerləşir və artıq ötən ilin iyun ayında dronların hücumuna məruz qalıb.

Əziz Salam, Oxuməni.az