Almaniya hakimiyyəti rusiyalı oliqarxın yaxtasını həbs etmək qərarını dəyişmədi

Almaniya hakimiyyəti rusiyalı oliqarxın yaxtasını həbs etmək qərarını dəyişmədi

4 May 2023 13:37
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya polisi rusiyalı iş adamının 230 milyon dollar dəyərində lüks yaxtasında axtarış aparıb.

Oxuməni.az xəbər verir ki, Almaniya hakimiyyəti hələlik gəminin adını məxfilik səbəbi ilə açıqlamayıb. Eyni zamanda gəminin sahibi oliqarxın yaşı və 115 metrlik gəmi haqqında məlumatlar məlumdur. Həmçinin bildirilir ki, rusiyalı oliqarx 2022-ci ilin aprelindən Aİ-nin sanksiya siyahısındadır.

Gəminin adı açıqlanmasa da bu nəqliyyat növünün Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədova məxsus olduğu məlumdur. Gəmidə qadağan olunmuş qiymətli əşyaların və lüks əşyaların olub-olmadığını öyrənmək üçün Almaniya hakimiyyəti hərbi dəniz qüvvələrini və federal təhlükəsizlik qüvvələrini cəlb etdi və yaxtada artıq axtarış aparıldı.

Eyni zamanda, məlumdur ki, Almaniya hakimiyyəti Fərhad Əhmədova məxsus vaxtilə dəyəri 500 milyon dollardan çox olan Luna yaxtası həbsi ilə bağlı qərarını dəyişməyib. Alman KİV-lərinin məlumatına görə, Federal Kriminal Polis İdarəsi yaxtanın Əhmədova aid olduğunu "həftələrlə aparılan mürəkkəb araşdırma"nəticəsində təsdiqləyib. Bildirilir ki, istintaqın nəticələrinə görə, gəminin həbsi üçün Order qüvvədə qalıb.

Əziz Salam, Oxuməni.az