Quranı yandıran ekstremist barədə qiyabi olaraq həbs hökmü çıxarılıb
İsveç prokurorluğu yanvar ayında Türkiyə səfirliyi qarşısında Quranı yandıran "Sərt kurs" sağ ekstremist Partiyasının lideri Rasmus Paludanı qiyabi həbs edib.
Oxuməni.az-ın verdiyi xəbərə görə, Aftonbladet qəzeti yazır ki, Paludan İsveç sərhədini keçən kimi dərhal tutulacaq.
Bir neçə ay əvvəl Paludana qarşı etnik nifrət və düşmənçilik, habelə vəzifəli şəxsə təhqir və kobud hücum faktlarına dair istintaq başladıldı. Ekstremist dindirilməyə çağrıldı, ancaq İsveçə gəlmək niyyətində olmadığını bildirdi. Prokuror Adrian Cambier-Hogg isə deyib ki, qanun Danimarka polisinin köməyi ilə Poludanı Danimarkada dindirməyə icazə verir.
Poludan ona ünvanlanan ittihamları gülünc adlandırır. "Ümumiyyətlə İsveç polisi və xüsusilə Malmö polisi məni qorumaq istəmir, ona görə də İsveçə gəlmək təhlükəlidir. Malmö polisi islamlaşmış zibildir",-dedi.
2023-cü ilin əvvəlində Türkiyə ilə İsveç arasında Stokholmdakı Türk səfirliyi yaxınlığında Quranın yandırılması ilə bağlı böyük bir qalmaqal yaşandı. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edib, həmçinin Məhəmməd peyğəmbərin karikaturasını nümayiş etdirib.
Əziz Salam, Oxuməni.az




























.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)





















