Sergey Lavrov: Rusiya dronların Kremlə hücumuna cavab verəcək

Sergey Lavrov: Rusiya dronların Kremlə hücumuna cavab verəcək

5 May 2023 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya sözdə deyil, əməli fəaliyyətində atacağı addımlarla bu təxribatı cavabsız qoymayacaq, Kremlə pilotsuz təyyarələrin hücum cəhdinə konkret hərəkətlərlə cavab veriləcək.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Lavrov hücumun Kiyev tərəfindən Vaşinqtondan göstəriş olmadan həyata keçirilə bilməyəcəyinə əminliyini ifadə edib.

Rusiya xarici işlər naziri Kremlə pilotsuz təyyarələrin hücumu cəhdini düşmən aktı adlandırdı: "Səbrimiz çoxdur. Ancaq hər bir səbrin sonu var və biz uzun müddət ölkəmizə qarşı təhdidlərn qarşısında susmaq niyyətində deyilik".

Əziz Salam, Oxuməni.az