Zelenski və Makron  Ukraynanın NATO-ya daxil olmasını müzakirə ediblər

Zelenski və Makron Ukraynanın NATO-ya daxil olmasını müzakirə ediblər

15 May 2023 10:54
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Prezidenti Vladimir Zelenski və onun fransalı həmkarı Emmanuel Makron görüş zamanı Fransanın hərbi yardımından, "qırıcı koalisiyasında" iştirakından və Ukraynanın NATO-ya daxil olmasından danışıblar.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofisinin mətbuat xidməti məlumat yayıb.

"Görüş zamanı prioritet Fransanın Ukraynaya hərbi yardım göstərilməsinə, xüsusən də ölkəmizin müdafiə qabiliyyətini gücləndirmək, Ukrayna səmasını qorumaq üçün prioritet ehtiyaclarına yönəldildi. Ukraynanın müdafiə qüvvələrinin effektiv əks – hücum və işğal olunmuş ərazilərin azad edilməsi üçün lazım olan potensialını gücləndirmək üçün Fransa Respublikası ilə praktiki qarşılıqlı fəaliyyət də müzakirə edilib", - deyə məlumatda bildirilir.

Prezident ofisi görüş zamanı Zelenski Fransanın müttəfiqlərin Ukraynanın uzun müddətdir gözlədiyi "qırıcı koalisiyası" yaratmaq barədə Birgə qərarını dəstəkləyəcəyinə ümid etdiyini bildirib.

Əziz Salamoğlu, Oxuməni.az