Rusiyalı alim dövlətə xəyanətə görə həbs edilib

Rusiyalı alim dövlətə xəyanətə görə həbs edilib

16 May 2023 11:04
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin (Ras) nəzəri və Tətbiqi Mexanika İnstitutunun (ITP) baş elmi işçisi Valeri Zvegintsev dövlətə xəyanət etməkdə şübhəli bilinib.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya mətbuatının yaydığı məlumatda deyilir.

Alim üç həftə əvvəl həbs edilsə də bu barədə indi məlumat verilib. O, hazırda ev dustaqlığındadır və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci ("Dövlətə xəyanət") maddələrindən biri ilə ittiham olunur. Saxlanmaya səbəb Zvegintsevin İran jurnalında qaz dinamikası ilə bağlı məqaləsinin dərc edilməsi olub. İnstitutdan isə bununla bağlı bildirilib ki, məqalə çap edilməzdən əvvəl gizliliklə bağlı bir sıra yoxlanılmadan keçirilib və nəşrinə icazə verilib.

Qeyd olunur ki, bu, son bir ildə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsinə əsasən həbs edilən Novosibirsk İnstitutunun üçüncü fizikidir.

Əziz Salam, Oxuməni.az