ABŞ F-16 qırıcılarının Ukraynaya verilməsinə qarşı deyil

ABŞ F-16 qırıcılarının Ukraynaya verilməsinə qarşı deyil

18 May 2023 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Müdafiə Nazirliyi F-16 qırıcılarının Ukraynaya təhvil verilməsinin əleyhinə olmadığını bildirib. Oxuməni.az xəbər verir ki, bu barədə Politico nəşrinin yaydığı məumatda deyilir..

Pentaqondan bir mənbənin nəşrə veriyi açıqlamaya görə, bu məsələyə ABŞ daha önəm verməyə başlayıb. O bununla bağlı Müdafiə Nazirliyi rəsmisinin yanvar ayında dediyi sözlərini xatırladaraq deyib: "Düşünmürəm ki, təyyarələri üçüncü tərəfə vermək fikrinə etiraz edirik."

Eyni zamanda, Politico yazır ki, hələ heç bir Avropa hökuməti ABŞ-dan F-16 qırıcılarını Kiyevə təhvil verməsini rəsmi olaraq xahiş etməyib.

Əziz Salam, Oxuməni.az