ABŞ Ərdoğanın taxıl sazişinin 60 gün uzadılması qərarını alqışlayır
ABŞ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın taxıl sazişinin 60 gün uzadılması qərarını alqışlayır.
Oxuməni.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel bildirib.
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qara dəniz taxıl təşəbbüsünün uzadılması ilə bağlı bəyanatını alqışlayırıq. Daha əvvəl də deyildiyi kimi, BMT və Türkiyənin qlobal ərzaq və taxıl qiymətlərini aşağı səviyyədə saxlamağa imkan verən bir əməliyyatla bağlı səylərini qətiyyətlə dəstəkləyirik" deyə Patel bəyan edib.
Xatırladaq ki, mayın 17-də Türkiyə Prezidenti taxıl sazişinin 60 gün uzadıldığını bildirib. Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova, Moskvanın əməliyyatın iki ay uzadılmasını təsdiqlədiyini söylədi. Bu addım qlobal qida təhlükəsizliyinə kömək etmək şansı verir.
Əziz Mustafa, Oxuməni.az




























.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)





















