Tayfun raketi hazırda Türkiyənin ən uzun mənzilli raketi kimi tanınır
Türkiyə Müdafiə Sənayesi Rəhbərliyi, Roketsan tərəfindən hazırlanmış Tayfun Qısa Mənzilli Ballistik Raketin çəkiliş görüntülərini paylaşıb. Xatırladaq ki, 500 kilometrlik Tayfun raketinin ilk atışı 18 oktyabr 2022-ci ildə Rizə şəhərində həyata keçirilib.
Taktiki balistik raketlər adətən 300 kilometrə qədər olan ballistik raketlərdir. 300-1000 kilometr mənzilli ballistik raketlər Qısa Menzilli Ballistik Raketlər olaraq təyin olunur. Tayfun Türkiyənin ilk qısa mənzilli ballistik raketi olmağı başarıb. Beləliklə, 1990-cı illərdən bəri Taktiki Ballistik Raket qabiliyyətinə malik olduğu bilinən Türkiyə Silahlı Qüvvələri bu sahədə ilk dəfə daha yüksək səviyyəyə yüksəlib. Sınaq atışları davam edən Tayfun raketi Türkiyənin indiyədək ən uzun mənzilli raket sistemi olub. Bir neçə atış testinin daha keçirilməsi gözlənilən Tayfun raketinin qısa müddətdə inventarda yer alması gözlənilir. Tayfun ilə Türkiyə Silahlı Qüvvələri əhəmiyyətli bir çəkindirmə qabiliyyətinə çatmış olacaq. Raketin əsas hədəfləri strateji düşmən obyektləri olacaq. Tayfun raketinin mühərrik, yanacaq və bələdçi kimi bir çox kritik əsas komponentləri də Roketsan tərəfindən hazırlanmışdır.
Oxuməni.az




























.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)





















