Baxmut rus faşistlərinə müqaviməti davam etdirir

Baxmut rus faşistlərinə müqaviməti davam etdirir

23 May 2023 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Baxmutun şimalında və cənubunda Ukrayna Ordusu yüksəklikləri ələ keçirmək üçün döyüşür, şəhərin özündə isə Ukrayna hərbçiləri möhkəmləndirilmiş istehkamlarda müqaviməti davam etdirirlər.

Oxuməni.az xəbər verir ki, bu barədə Amerika müharibə Araşdırmaları İnstitutunun (ISV) məlumatında bildirilir.

Ukrayna rəsmilərinin məlumatına görə, mayın 22-də Baxmut və onun ətrafında məhdud döyüşlər olub. Ukrayna Baş Qərargahı döyüşlərin Baxmutda davam etdiyini və Rusiya qüvvələrinin Qriqorovka (Baxmutdan 8 km şimal-qərb) və İvanovskinin cənubunda (Baxmutun birbaşa qərbində) uğursuz quru hücumları etdiyini bildirdi.

Ukrayna Müdafiə nazirinin müavini Anna Malyar deyib ki, Ukrayna qoşunları Baxmutun qərbindəki istehkam bölgəsində mövqelərini qoruyub saxlayır və Baxmutun şimalında və cənubunda yüksəkliklər uğrunda döyüşlər davam edir.

Əziz Baş Göynüklü, Oxuməni.az