Çamlıca qülləsinə iki ildə 1,1 milyon insan çıxıb

Çamlıca qülləsinə iki ildə 1,1 milyon insan çıxıb

30 May 2023 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu, 2 ildir xidmət göstərən Çamlıca qülləsini cəmi 1 milyon 140 min insanın ziyarət etdiyini açıqlayıb.

Karaismailoğlu, günlük ən çox ziyarətçi sayının 9720 nəfərlə 11 iyul 2022-ci ildə qeyd edildiyinə diqqət çəkib.

“Uzunluğu 369 metr və dəniz səviyyəsindən 587 metr hündürlüyü ilə Avropanın ən yüksək qülləsi olan Çamlıca qülləsi İstanbulun yeni silueti və sevimli sosial sahəsi olmaqdan qürur duyur”, deyə Karaismailoğlu bildirib. “İlk və yeganə olaraq dünyada 100 radio kanalından biridir. Biz artıq tezlikləri kəsmədən yayımlaya bilirik” deyə Karaismailoğlu sözlərinə əlavə edib. Bu, həm də 17 telekanalın bir ötürücüdən yüksək keyfiyyətdə yayımına imkan verir.

Karaismailoğlu yerli və xarici turistlərin diqqət mərkəzində olan Çamlıca qülləsinin turizm mərkəzi olduğunu bildirib. İnvestisiyaları ilə dünyanın sevimli şəhərləri arasında yer alan İstanbulun dəyərinə dəyər qatdıqlarını qeyd edən nazir Karaismailoğlu, “Türkiyənin ikinci əsrində də sərmayələrimizi yavaşlamadan davam etdirəcəyik” deyib.

Murad Şahməmmədov