Aleksey Danilov: Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynadan deyil, Rusiyadan qisas almalıdır

Aleksey Danilov: Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynadan deyil, Rusiyadan qisas almalıdır

31 May 2023 13:23
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Milli Müdafiə Şurasının katibi Aleksey Danilov Çeçenistan rəhbəri Ramzan Kadırovun Ukraynadan deyil, Rusiyadan qisas almalı olduğunu söylədi.

Oxuməni.az xəbər verir ki, bu barədə Danilov Kadırova müraciətində deyib.

"Kadırov Ukraynanı təhdid etməkdənsə, Moskvadan və şəxsən Putindən qisas almalıdır.

Bu ruslar çeçenləri öldürdü və məhv etdi. Çeçen torpağında əsrlər boyu köləlik, minlərlə öldürülən və işgəncə verilən qadın və uşaq, məhv edilmiş şəhərlər izləri qoyan və onların əcdadlarının məzarlarını murdarlayan ruslar idi.

Ukraynalılar deyil, ruslar tanklarla dinc sakinləri ilə birlikdə Qroznının altını üstünə çevirdilər, günahsız insanları öldürdülər. Çeçen xalqı bunu xatırlayır və bunu unudanların xatırlamağının vaxtı gəldi!"- deyə Danilov bildirib.

Əziz Salam