Qırğızıstanda gələcəyin şəhəri inşa ediləcək

Qırğızıstanda gələcəyin şəhəri inşa ediləcək

31 May 2023 18:52
Bəyəndim (0) Bəyənmədim (0)

Qırğızıstanda Asman şəhərinin tikintisinə 30 iyun 2023-cü ildə başlanılacaq.

Oxuməni.az xəbər verir ki, bunu ölkə prezidenti Sadır Japarov deyib. Onun sözlərinə görə, sənədlərin və layihənin hazırlanması 1,5 il çəkib.

"Gələcək şəhərdə 500 mindən 700 minə qədər insan yaşayacaq. Şəhərin ümumi sahəsi 4 min hektardır. tikinti xarici investorlar – xarici şirkətlər tərəfindən maliyyələşdiriləcək", - deyə Japarov bildirib.

Asman şəhərinin Qırğızıstanın İssık-Kul gölünün sahilində inşa edilməsi nəzərdə tutulub. Müəlliflərin fikrincə, Asman Bişkek paytaxtındakı müxtəlif problemləri həll etməyə, o cümlədən buraya rayonlardan insan axınlarını azaltmağa və ölkədə turizmin inkişafına imkan verəcək. Şəhərdə 500-700 min nəfərin yaşaması nəzərdə tutulub. Yeni şəhərin inşasını 7-10 il ərzində başa çatdırmaq planlaşdırılıb.

Əziz Mustafa