Kaluqada iki pilotsuz təyyarə qəzaya uğrayıb

Kaluqada iki pilotsuz təyyarə qəzaya uğrayıb

5 İyun 2023 12:22
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Kaluga bölgəsində səhər iki pilotsuz təyyarə qəzaya uğrayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Kaluga vilayətinin qubernatoru Vladislav Şapşa mətbuata açıqlamasında bildirib.

"Bu səhər M3 "Ukrayna " avtomobil yolunda 2 İHA qəzaya uğrayıb. Buna səbəb çox güman ki, texniki qəza olub.

Yerli sakinlərin sözlərinə görə, dronlar Moskvaya doğru uçub. Hazırda hadisə yerində Rusiya hərbi istintaq qrupu və dron üzrə tanınmış mütəxəssislər çalışırlar.

Əziz Salam