Dünyanın ən böyük aviadaşıyıcısı Rusiyaya gedən yolda "yoxa çıxıb"

Dünyanın ən böyük aviadaşıyıcısı Rusiyaya gedən yolda "yoxa çıxıb"

6 İyun 2023 21:33
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın dünyanın ən böyük hərbi aviadaşıyıcısı USS Gerald R. Ford Oslodan Rusiyaya doğru irəlilədikdən sonra itkin düşüb.

Oxuməni.az xəbər verir ki, bu barədə Norveçin High North News nəşri məlumat yayıb.

Məqalə müəllifi Arne Holma görə, gəmi Norveçin paytaxtını tərk edərək uzaq şimala doğru hərəkət etdi. Bundan sonra gəminin hərəkəti barədə heç nə məlum deyil.

"USS Gerald R. Fordun hərəkəti barədə heç bir məlumat tapmadıq. Yalnız məlumdur ki, o Rusiya ilə sərhədin Norveç sahili boyunca hərəkət edib",-deyə High North News-də Arne Holm yazıb.

Təyyarə daşıyıcısının göyərtəsində təxminən 4,5 min əsgər və zabitin olduğu bildirilir. Gəminin onun hərəkətlərini izləyə biləcək bütün cihazları söndürdüyü ehtimal edilir.

Əziz Salamoğlu

.