Kiyevin əks-hücum planını dəyişdirməsi

Kiyevin əks-hücum planını dəyişdirməsi

7 İyun 2023 15:51
Bəyəndim (0) Bəyənmədim (0)

CNN-in NATO-nun yüksək rütbəli rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ və Qərb rəsmiləri Ukraynanın əks hücuma keçmə planını görürlər və son 48 saat ərzində “döyüş əməliyyatlarının əhəmiyyətli dərəcədə artdığını” qeyd edirlər. Eyni zamanda, Kaxovka SES bəndinin dağıdılması Kiyevin bəzi planlarını dəyişə bilər deyə müzakirələr aparırlar.

İki Qərb rəsmisi bildirib ki, bəndin dağıdılması Ukrayna qoşunlarının Dneprdən keçməsini və Rusiya mövqelərinə hücumunu çətinləşdirə bilər. Ümumiyyətlə, fövqəladə vəziyyət artıq ciddi humanitar problem yaradıb və bunun üçün Ukrayna hökuməti əlavə vəsait ayırmalı olacaq. CNN mənbələrindən birinə görə, “bəndin aşağı axınında planlaşdıra biləcəyi hər şey yəqin ki, yenidən planlaşdırılmalıdır. Daha sonra suyun səviyyəsi aşağı düşəcək. Çox güman ki, fəlakətli daşqınlar ərazidəki körpülərə və yollara təsir göstərdiyi üçün onlardan istifadə etmək mümkün olmayacaq”.

Ukrayna böhranı bir çox paradokslar yaratdı və ən qeyri-adi hadisələrdən biri odur ki, Şərqi Avropanın qeyri-liberal siyasətçiləri birdən-birə yaxşı adamlar kimi görünməyə başladılar.

Polşa Ukraynanın müdafiəsində mühüm rol oynamağa başlayanda, Kiyevə iki milyard avrodan çox dəyərində hərbi texnika da daxil olmaqla, kütləvi yardım göstərməyə başlayanda, Qərbdəki müşahidəçilər deyəsən, ölkədə hansısa əsaslı demokratik dəyişikliklərin baş verdiyinə inanırdılar. Lakin reallıqda Polşa Qərbdə onun hesab edildiyi kimi dost ölkə deyil.

Polşada mətbuata nəzarət gücləndirilir, məhkəmələrin müstəqilliyi məhdudlaşdırılır, bəzi qanunlar qəbul edilir. Eyni zamanda, Qərbin dəstəyi sayəsində Polşa hökuməti özünü təhlükəsizliyin təminatçısı kimi göstərməyi və daha da böyük ictimai dəstək almağı bacarır.

Murad Şahməmmədov