Zelenski beynəlxalq təşkilatlardan narazıdır

Zelenski beynəlxalq təşkilatlardan narazıdır

8 İyun 2023 10:30
Bəyəndim (0) Bəyənmədim (0)

BMT və Qırmızı Xaç işçiləri Kaxov SES-in dağılması nəticəsində Xerson bölgəsindəki fəlakət yerində olmalıdırlar, lakin onlar orada deyillər.

Oxuməni.az xəbər verir ki. bunu Ukrayna Prezidenti Vladimir Zelenski Bild-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, BMT və Qırmızı Xaç "insan həyatını xilas etmək üçün oraya yardəm edən ilk qurum olmalıdır, təəssüflər ki, belə olmadı".

Zelenski beynəlxalq təşkilatların Ukraynanın yardım tələblərinə reaksiyasından məyus olduğunu bildirib.

" Biz onlardan ümidverici cavab almadıq və mən bundan şoka düşdüm",- deyə Ukrayna Prezidenti bəyan edib.

"Hazırda baş verənlər ekoloji, insan fəlakətidir. İnsanlar və heyvanlar bu fəlakət nəticəsində ölürlər. Su basmış evlərin damlarından insanlar boğulanların üzdüyünü görə bilərlər. Bunu digər tərəfdən görmək olar. Xerson vilayətinin işğal olunmuş hissəsindən insanları çıxarmaq çox çətindir ",- deyə dedi Zelenski bildirib.

Əziz Baş Göynüklü, Oxuməni.az