Dəyəri 1,6 milyon dollar olan elektriklə işləyən dəniz avtobusu

Dəyəri 1,6 milyon dollar olan elektriklə işləyən dəniz avtobusu

9 İyun 2023 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

Dəyəri 1,6 milyon dollar olan 10 metrlik dəniz avtobusu 30 sərnişin daşımaq qabiliyyətinə malikdir. Dünyada ilk dəfə olaraq İsveçin paytaxtı Stokholmdan elektriklə işləyən dəniz avtobusu yaradıldı. Özəl sektor və ictimaiyyətin əməkdaşlığı ilə istehsal edilən və AB-nin maliyyəsindən faydalanan “ağıllı gəmi” Stokholm və ətraf adalar arasında qısa məsafələrdə üzəcək. Birinci mərhələdə avtopilot sistemini 30 sərnişinlik qayıqda kapitan izləyəcək.

Lakin rəsmilər deyirlər ki, onlar tezliklə gəmini “tam avtonom” hala gətirəcək və ona nəzarətçiyə ehtiyac olmadan üzmək imkanı verəcəklər.

Sistemin kapitan kimi gördüyünü bildirən Norveçli istehsalçı olan “Torghatten” şirkətinin mütəxəssisləri gəminin radar, kameralar, lazer və ultrasəs sistemləri ilə təchiz edildiyini və onu istiqamətləndirmək üçün məlumatların yığıldığını bildiriblər.

Şirkətin baş direktoru Stein Andre Herigstad-Olsen, “qayıq istiqamətini dəyişirsə, biz onu bir saniyədən az müddətdə görəcəyik" deyə bildirib.

Qiyməti 1,6 milyon dollar olan 10 metrlik sərnişin qayığı 30 sərnişin daşımaq qabiliyyətinə malikdir.

Biletin qiymətinin 3 dollar olması planlaşdırıldığı üçün şirkətdən bildirilib ki, isveçliləri işə maşınla getmək əvəzinə, piyada və ya velosiped sürməyə təşviq etməyi hədəfləyiblər.

Murad Şahməmmədov