Almaniya Putin üçün helikopterlər istehsal etməyib

Almaniya Putin üçün helikopterlər istehsal etməyib

12 İyun 2023 12:49
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyada Meklenburq - Qərbi Pomeraniya (MPP) hakimiyyəti Die Velt am Sonntag qəzetinin hökumətin birbaşa və ya dolayı yolla Rusiya hərbi layihələrini həyata keçirdiyi və Putin üçün helikopterlərin yığılmasında iştirak etdiyi iddialarını rədd edib.

Oxuməni.az xəbər verir ki, hökumət sözçüsü Andreas Timm qəzetin nəşrindəki məlumatların gerçəkliyin kobud təhrifi olduğunu söyləyib.

"Meklenburq-Qərbi Pomeraniya hökuməti heç vaxt Rusiya ilə silah layihələri barədə danışmayıb, onları təbliğ etməyib",- deyə o bildirib.

Xatırladaq ki, Die Velt am Sonntag iyunun 10-da öz saytında "Rostokdakı şirkətin Rusiyaya helikopterlər və dronlar üçün hissələr tədarük etdiyini yazıb. Nəşrin iddiasına görə, Krımın ilhaqından sonra da baş nazir Manuela Şveziqin Krüemllə ən yüksək səviyyədə əməkdaşlığı davam etdirib.

Əziz Baş Göynüklü, Oxuməni.az