Hökumət PUA-ların hava məkanına inteqrasiyası üçün tədbirlər görməyi tapşırıb

Hökumət PUA-ların hava məkanına inteqrasiyası üçün tədbirlər görməyi tapşırıb

14 İyun 2023 13:22
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin hökumətə sentyabrın 1-dək pilotsuz təyyarələrin Rusiya Federasiyasının vahid hava məkanına inteqrasiyası üçün tədbirlər görməyi tapşırıb.

O cümlədən, hökumətə hava hərəkətinə xidmət, naviqasiya, eniş, müşahidə, rabitə və pilotsuz uçuş sistemlərindən qeyri-qanuni istifadəyə qarşı mübarizə baxımından hava hərəkətinin idarə edilməsinin rəqəmsal transformasiyası məsələsinə baxılması da tapşırılıb. Nazirlər Kabineti bu məsələ ilə bağlı sentyabrın 1-dək, ondan sonra isə - altı ayda bir dəfə məlumat verməlidir.

Prezident həmçinin “VEB.RF”-nin innovativ layihələrinin, o cümlədən pilotsuz sistemlərin maliyyələşdirilməsində iştirak şərtlərinin müəyyən edilməsini tapşırıb. Verilən məlumata görə yayın ortalarına qədər məsələ həllini tapacaq.

Murad Şahməmmədov