Almaniya prezidentiFrank-Valter Ştaynmayer Qırğızıstana səfər edəcək

Almaniya prezidentiFrank-Valter Ştaynmayer Qırğızıstana səfər edəcək

19 İyun 2023 19:44
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya Federativ Respublikasının Federal Prezidenti Frank-Valter Ştaynmayer iyunun 21-23-də Qırğızıstana rəsmi səfər edəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.

"Səfər çərçivəsində Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovla ikitərəfli danışıqlar planlaşdırılır. Dövlət başçıları Qırğızıstan-Almaniya ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərinin geniş spektrini müzakirə edəcək, həmçinin dostluq və tərəfdaşlıq ruhunda münasibətlərin gələcək inkişaf perspektivlərini müəyyənləşdirəcəklər", - deyə məmur bildirib.

Əziz Salam