BMT Ukraynada rus faşistləri tərəfindən öldürülən dinc əhalinin sayını açıqlayıb

BMT Ukraynada rus faşistləri tərəfindən öldürülən dinc əhalinin sayını açıqlayıb

21 İyun 2023 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Ukraynanın dinc əhalisi arasında qurbanların sayını açıqlayıb.

Oxuməni.az xəbər verir ki, qurumun 18 iyun tarixinə olan məlumatına görə, 24 fevral 2022-ci ildən bəri ruslar tərəfindən Ukraynada 9083 nəfər öldürülüb, daha 15.790 nəfər isə yaralanıb.

BMT-nin məlumatına görə, Donbasın Ukraynanın nəzarətində olan hissəsində 4105 nəfər dinc sakin həlak olub, 5861 nəfər yaralanıb. Rusiyanın nəzarətində olan DXR və LXR ərazilərində 718 nəfər ölüb, 2521 nəfər yaralanıb.

Statistikadan belə çıxır ki, iyunun əvvəlindən 112 dinc sakin həlak olub, 445 nəfər yaralanıb. Təşkilatın məlumatına görə, ruslar mülki şəxslərin öldürülməsində uzaqmənzilli dağıdıcı raketlərdən istifadə edirlər.

Əziz Salam