Yoxa çıxan 55 nəfərdən 4 aydan çoxdur ki, xəbər yoxdu

Yoxa çıxan 55 nəfərdən 4 aydan çoxdur ki, xəbər yoxdu

21 İyun 2023 16:12
Bəyəndim (0) Bəyənmədim (0)

Hatayda mənzilləri “Cənnətdən bir künc” şüarı ilə satılan “Renaissance Residence” yüzlərlə insanın məzarı olub. Hələ də 55 nəfəri tapmaq mümkün olmayıb. Zəlzələdən sonra itkin qohumlarının fotoşəkilləri ilə dağıntılar yerinə gələn ailələr 4 aydan çoxdur ki, axtarışda olduqlarını bildiriblər və dəstək istəyiblər. Fevralda ən böyük dağıntı Hatayda meydana gəlib.

Antakyanın Ekinci məhəlləsində 2013-cü ildə tamamlandıqdan sonra mənzilləri “Cənnətdən bir künc” şüarı ilə satılan 250 mənzildən ibarət “Renessans Residence” də zəlzələ nəticəsində dağılıb. Hazırda sökülən iqamətgahın dağıntıları altında yüzlərlə insan həyatını itirib, çoxlu sayda insanın izi tapılmayıb. Dağıntılardan sonra iqamətgahda yaşayan 55 nəfərlə əlaqə saxlamaq mümkün olmayıb. Yaxınları uzun müddətdir ki, xəstəxana, qəbiristanlıq və Məhkəmə Tibb İnstitutunun meyitxanasında bu itkinlərlə bağlı axtarşlar etsələr də, bir nəticəyə gələ bilməyiblər. İtkin düşənlərin yaxınları axtarışla bağlı, “Dövlətimizdən dəstək istəyirik. İtkilərimizlə bağlı aidiyyatı nazirliklərdən izahat istəyirik. Evlərin tikilməsi ilə bağlı elan verilir, amma itkin düşənlərin tapılması ilə bağlı məlumat da tələb edirik",- deyə bildiriblər.

Oxuməni.az