Laboratoriyada yetişdirilmiş toyuq ətinin satışına icazə verilib

Laboratoriyada yetişdirilmiş toyuq ətinin satışına icazə verilib

22 İyun 2023 11:11
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ-da ilk dəfə olaraq canlı quş hüceyrələrindən laboratoriyada yetişdirilmiş toyuq ətinin istehsalınına və satışına icazə veriblər.

ABŞ Kənd Təsərrüfatı Departamenti bu sahədə lider olan Kaliforniya firmasına icazə verib. İdeyanın tərəfdarları hesab edirlər ki, bu ət istehsalında yeni dövr açacaq. Son nəticədə bu ideya heyvanları əziyyətdən xilas edəcək və aqrar-sənaye kompleksinin ətraf mühitə təsirini xeyli azaldacaq.

ABŞ Kənd Təsərrüfatı Departamenti bu laboratoriyalarda yetişdirilmiş toyuq ətinin yemək üçün təhlükəsiz olduğunu müəyyən ediblər.

Bu işlə məşğul olan “Upside Foods” şirkəti artıq ilk sifarişini San-Fransiskodakı “Michelin” restoranından alıb. Tezliklə sınaqdan çıxan bu ət məhsulları supermarketlərin rəflərinə də düzüləcək.

Murad Şahməmmədov