Zelenskinin ofisi: Rusiyadakı qiyamda tərəflərin biri məğlubiyyətə məhkumdur

Zelenskinin ofisi: Rusiyadakı qiyamda tərəflərin biri məğlubiyyətə məhkumdur

24 İyun 2023 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

"Vaqner" PMK rəhbəri Yevgeni Priqojinin Rusiyadakı antiterror əməliyyatı artıq Rostovun, bir neçə federal yolun, Cənub Hərbi Dairəsinin qərargahının tutulmasına səbəb olub.

Oxuməni.az xəbər verir ki, bunu Ukrayna prezidentinin Ofis rəhbərinin müşaviri Mixail Podolyak tvitində yazıb.

Onun sözlərinə görə, Rusiyada baş verənlər geniş miqyas alıb və Kreml elitasında parçalanma göz qabağındadır.

"Bununla razılaşmaq və hər şeyin həll olunduğunu iddia etmək nəticə verməyəcək. Kimsə mütləq itirməlidir: ya ölümcül final ilə Priqojin, ya da Putin və komandası",-deyə Podolyak bildirib.

Əziz Salamoğlu