Böyük Britaniya : Rusiya hərbi potensialının yarısını itirib

Böyük Britaniya : Rusiya hərbi potensialının yarısını itirib

5 İyul 2023 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Ukraynadakı müharibə zamanı döyüş qabiliyyətinin demək olar ki, yarısını itirib.

Oxuməni.az xəbər verir ki, bunu Böyük Britaniyanın Müdafiə Qərargah rəisi Entoni Radakin deyib

Onun sözlərinə görə, 2022-ci ildə Rusiya Silahlı Qüvvələri 10 milyon artilleriya mərmisindən istifadə edib, ölkə isə ildə 1 milyona qədər mərmi istehsal edə bilir.

"Rusiya indi o qədər zəifdir ki, əks-hücum etmək gücünə malik deyil", - Radakin bildirib.

O, Rusiyanın müharibədə bu günə kimi 2500 tank itirdiyini bildirib. Entoni Radakin həmçinin xatırladıb ki, Rusiya ən yaxşı halda ildə cəmisi 200 tank istehsal edə bilər.

Əziz Mustafa, Oxuməni.az