Nyu-Yorkda iki avtobusun toqquşması nəticəsində 80-dən çox insan xəsarət alıb

Nyu-Yorkda iki avtobusun toqquşması nəticəsində 80-dən çox insan xəsarət alıb

7 İyul 2023 11:43
Bəyəndim (0) Bəyənmədim (0)

Nyu Yorkda iki avtobusun toqquşması nəticəsində 80-dən çox insan xəsarət alıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Nyu York Yanğınsöndürmə İdarəsinə istinadən ABC News məlumat yayıb.

Manhettendə ikimərtəbəli tur avtobusu və şəhər avtobusu toqquşub. Yanğınsöndürənlərin məlumatına görə, heç kim ciddi xəsarət almayıb. CBS News-a görə, xəsarət alanların əksəriyyətində kəsiklər, qançırlar, bəzi şübhəli baş və boyun xəsarətləri var. 18 yaralı xəstəxanaya yerləşdirilib.

İlkin versiyaya görə, qəzanın günahkarı tur avtobusunun sürücüsüdür. Nyu-York şəhərinin New York City Transit şirkətinin prezidenti Riçard Deyvi jurnalistlərə açıqlamasında qəzaya səbəbin avtobus sürücüsünün işıqforun qırmızı işığından keçməsinin olduğunu deyib.

Əziz Salam