Şimali Koreya “Hvason-18” ballistik raketinin ikinci sınağını keçirib

Şimali Koreya “Hvason-18” ballistik raketinin ikinci sınağını keçirib

13 İyul 2023 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

Şimali Koreya dünən, iyulun 12-də yeni bərk yanacaqla işləyən “Hvason-18” qitələrarası ballistik raketini sınaqdan keçirib.

Oxuməni.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.

KXDR iddia edir ki, buraxılış zamanı “Hvason-18” 1100 km məsafəni 74 dəqiqə 51 saniyəyə uçub və təyinat yerinə enib. Raketin maksimal uçuş hündürlüyü 6648 kilometr olub.

Şimali Koreya prezidenti Kim Çen In raketin sınaqdan keçirilməsi prosesində iştirak edib. O, bəyan edib ki, ölkə ordusu “ABŞ Pxenyana qarşı düşmənçilik siyasətindən əl çəkənə qədər” “hücum tədbirləri” görməyə davam edəcək.

Raketin buraxılışı Cənubi Koreya və Yaponiyada da elan edilib. Buraxılış yerli vaxtla saat 10:00-da qeydə alınıb. Yaponiya ordusunun məlumatına görə, raket suya düşüb.

Bu, KXDR tərəfindən“Xvason-18”in ikinci sınaq buraxılışıdır. Raket ilk dəfə 2023-cü il aprelin 13-də buraxılıb. Şimali Koreya hakimiyyəti yeni raketin ölkənin strateji silahlı qüvvələrinin əsas vasitəsi olacağını gözləyir.

Əziz Salamoğlu