Kreml rəsmi olaraq  taxıl sövdələşməsinin  başa çatdığını bəyan edib

Kreml rəsmi olaraq taxıl sövdələşməsinin başa çatdığını bəyan edib

17 İyul 2023 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyaya aid sazişlərin taxıl sövdələşməsinə dair hissəsinin yerinə yetirilməməsi səbəbindən Qara dəniz sazişləri bu gün faktiki olaraq qüvvəsini itirib.

Oxuməni.az xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Əslində bu gün Qara dəniz sazişləri öz qüvvəsini itirdi. Rusiya Federasiyası Prezidentinin daha əvvəl dediyi kimi, son tarix iyulun 17-dir. Təəssüf ki, bu Qara dəniz sazişinin Rusiyaya aid hissəsi hələ də həyata keçirilməyib. Ona görə də onun fəaliyyətinə xitam verilir”, - deyə Peskov bəyan edib.

Əziz Mustafa