Bazar meydanında dava qətllə başa çatıb

Bazar meydanında dava qətllə başa çatıb

24 İyul 2023 13:49
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə, Manisanın Turqutlu mahalında bazar yerində çıxan dava zamanı tapança ilə vurulan Yusuf Görmez və Davut Dəmir həyatını itirib. Manisanın Turqutlu mahalının Urganlı məhəlləsindəki bazarda baş verən hadisədə Yusuf Görmezlə Davut Dəmir arasında mübahisə qısa zamanda davaya çevrilib.

Silah səslərini eşidən vətəndaşlar vəziyyəti 112 Təcili Yardım Mərkəzinə bildiriblər. Xəbərdarlıq üzərinə bölgəyə sağlamlıq və jandarma qrupu sövq edilib. Yusuf Görmez hadisə yerində, Davud Dəmir isə aparıldığı Turqutlu Dövlət Xəstəxanasında dünyasını dəyişib. Jandarma qrupları davaya qarışan şübhəliləri saxlayıb.

Murad Şahməmməd