Üç Dəniz Təşəbbüsü beynəlxalq quruma çevriləcək

Üç Dəniz Təşəbbüsü beynəlxalq quruma çevriləcək

11 Aprel 22:36
Bəyəndim (0) Bəyənmədim (0)

Özündə 13 dövləti birləşdirən Üç Dəniz Təşəbbüsü qeyri-rəsmi birliyinin sıraları genişləndirilə bilər. Bunu Monteneqonun da Üç Dəniz Təşəbbüsü qeyri-rəsmi birliyinə üzv olmaq niyyətini bəyan etməsi də bir daha təsdiq edir. Bu barədə məlumatı Polşa prezidenti Anjey Duda Vilnüsdə keçirilən sammitdə deyib. Onun sözlərinə görə, Monteneqro rəsmi çəkildə Təşəbbüs qrupuna müraciət edərək ona assosiativ üzv olmaq istədiyini bəyan edib. O bunu qurumun beynəlxalq nüfuzunun artması kimi dəyərləndirib. Duda eyni zamanda qeyd edib ki, Təşəbbüs qrupunun əsas tərəfdaşları Avropa komissiyası, ABŞ və Almaniyadır.

Onu da deyək ki, Üç Dəniz Təşəbbüsü qeyri rəsmi birliyi Baltik, Qara və Qara dənizlər arasında yerləşən 13 ölkəni özündə birləşdirir.

Oxuməni.az