Axios: Kürdlər Mossad və Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyi ilə İrana qarşı əməliyyata hazırlaşır
Amerika portalı Axios iddia edib ki, bir neçə kürd birləşmələri ABŞ və İsrail kəşfiyyat orqanlarının dəstəyi ilə İrana qarşı mümkün hücum əməliyyatına hazırlaşır.
Portalın ABŞ və İsrail rəsmiləri arasında olan mənbələrinə görə, "bir neçə İran kürd birləşməsinin döyüşçüləri ölkənin şimal-qərb hissəsində İran rejiminə qarşı potensial quru hücumuna hazırlaşır". Mənbələr əlavə ediblər ki, "İran kürd birləşmələri İsrail kəşfiyyat xidməti Mossad və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) dəstək alır".
Nəşrdə qeyd olunur ki, yuxarıda adı çəkilən qruplar İraq-İran sərhədi boyunca cəmləşib və "minlərlə əsgər" sayındadır. Portalın məlumatına görə, belə bir quru əməliyyatının məqsədi Tehran hakimiyyətinə "meydan qurmaq" və "daha böyük bir üsyana" səbəb olmaq üçün İran ərazisinin bir hissəsini ələ keçirmək ola bilər. Bir mənbə qeyd edib ki, "müharibə ABŞ və İsrail silahlı qüvvələrinin zərbələri ilə başlayıb, lakin davam etdikcə Mossad və Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən digər səylər də görüləcək".
Nəşr iddia edir ki, İsrail tərəfi İslam Respublikasında hakimiyyət dəyişikliyi halında "İran kürd qruplarına yalnız hərbi yardım deyil, həm də gələcəkdə İranda muxtar kürd bölgəsinin yaradılması üçün siyasi dəstək vəd edib".
Ağ Evin mətbuat katibi Kerolin Livit çərşənbə günü keçirilən müntəzəm mətbuat brifinqində ABŞ prezidenti Donald Trampın bu yaxınlarda kürd qruplarının liderləri ilə danışdığını açıqlayıb. Livit Vaşinqtonun İran hökumətinə qarşı kürd qüvvələrindən istifadə etmək planlarının olmadığını əmin edib.
Əziz MUSTAFA





















.jpg)
.jpg)
.jpg)





















.jpg)





.jpg)
.jpg)
.jpg)




























