Tramp Noemi Daxili Təhlükəsizlik naziri vəzifəsindən azad etdi

Tramp Noemi Daxili Təhlükəsizlik naziri vəzifəsindən azad etdi

11:07
Bəyəndim (1) Bəyənmədim (0)


Donald Tramp administrasiyasında sərt immiqrasiya siyasətinə rəhbərlik edən Kristi Noem martın sonunda ABŞ Daxili Təhlükəsizlik naziri vəzifəsini tərk edəcək. ABŞ prezidenti Donald Tramp onun yerinə respublikaçı və Konqresin Senatının üzvü Markueyn Mallini təyin etməyi təklif edib.
Oxuməni.az xəbər verir ki, bu barədə Tramp cümə axşamı özünün TruthSocial sosial şəbəkəsində məlumat verib.
Kristi Noemin işdən çıxarılması Nümayəndələr Palatasındakı demokratlar tərəfindən irəli sürülüb, onların tələblərinə bir neçə respublikaçı da qoşulub. Miqrantları kəskin şəkildə ictimai tənqid etməsi ilə tanınan Noemin istefası Minneapolisdə iki ABŞ vətəndaşı - Rene Qud və Aleks Prettinin immiqrasiya xidməti əməkdaşları tərəfindən öldürülməsi ilə bağlı qalmaqal səbəbindən baş verib. Nazir onları "daxili terrorçu" adlandırıb və Qud və Prettinin ölümünün səbəbləri aydınlaşdırıldıqdan sonra belə sözlərinə görə üzr istəməkdən imtina edib.
Əlavə səbəb Kristi Noemin Raşmor dağının fonunda at belində çəkildiyi 220 milyon dollarlıq reklam kampaniyası olub. Konqresdəki dinləmələrdə o, bu kampaniyanın büdcəsinin şəxsən Donald Tramp tərəfindən təsdiqləndiyini bildirib, lakin Tramp “Reuters” agentliyi ilə söhbətində Noemin sözlərini təkzib edib.
Almaz Həsənli