ABŞ səfirliyi öz əməkdaşlarına Naxçıvana səfər etməməyi tövsiyə edib
ABŞ hökuməti öz əməkdaşlarına Naxçıvan bölgəsinə səfər etməməyi tövsiyə edib.
Oxuməni.az xəbər verir ki, müvafiq məlumat ABŞ-ın Azərbaycandakı səfirliyinin saytında yerləşdirilib.
Tövsiyə İrandan Naxçıvana pilotsuz təyyarə hücumundan sonra verilib.
Səfirlik həmçinin bildirib ki, hazırda ABŞ-ın Bakıdakı səfirliyinin təhlükəsizlik rejimi dəyişməyib və adi konsulluq xidmətləri göstərilməyə davam edir.
ABŞ vətəndaşlarına vəziyyətlə bağlı yerli xəbərləri izləmək, izdihamlı yerlərdən və nümayişlərdən çəkinmək, təhlükəsizlik tədbirlərinə riayət etmək, zərurət yarandıqda isə bölgədən çıxış planı hazırlamaq tövsiyə olunur.
Almaz Həsənli
Digər xəbərlər















.jpg)


.jpg)
.jpg)
.jpg)

































.jpg)
.jpg)
.jpg)

























