Sirozu olan xəstələrdə belə, qaraciyəri bərpa etmək üçün sadə bir üsul aşkar edilib
Alkoqoldan tamamilə imtina etmək, hətta ağır alkoqol sirrozu olan xəstələrdə belə qaraciyərin funksiyasının bərpasına səbəb ola bilər. Vyana Tibb Universitetinin alimləri Avropa və Asiya xəstələrini əhatə edən beynəlxalq tədqiqat apararaq bu qənaətə gəliblər.
Oxuməni.az xəbər verir ki, tədqiqatın nəticələri “Journal of Hepatology” (JH) jurnalında dərc olunub.
Tədqiqata qaraciyər sirrozu olan və artıq xəstəliyin ciddi fəsadları yaranmış 633 nəfər daxil edilib. Bütün xəstələr sonradan alkoqol qəbulunu tamamilə dayandırıblar. Növbəti beş il ərzində onların təxminən üçdə birində "rekopensasiya" baş verib - yəni sirrozun fəsadları yox olub və eyni zamanda qaraciyərin funksiyası yaxşılaşıb.
Qaraciyər sirrozu çapıq toxumasının əmələ gəlməsi ilə müşayiət olunur və uzun müddət, xüsusən də fəsadlar yarandıqdan sonra, son mərhələlərdə geri dönməz hesab olunurdu. Lakin yeni məlumatlar göstərir ki, alkoqoldan erkən və davamlı imtina edildikdə xəstəliyin gedişatı qismən geri çevrilə bilər.
Bundan əlavə, qaraciyərin funksiyasını bərpa edən və sərxoşluqdan uzaq qalmağa davam edən xəstələrdə qaraciyər xərçəngi və ümumi ölüm riski əhəmiyyətli dərəcədə azalıb. Tədqiqatçıların sözlərinə görə, nəticələr alkoqolun səbəb olduğu qaraciyər zədələnməsinin ən təsirli müalicə tədbiri kimi tam və daimi alkoqoldan imtinanın əsas rolunu vurğulayır.
Almaz Həsənli









































.jpg)
.jpg)
.jpg)




















.jpg)





.jpg)
.jpg)
.jpg)


















