ABŞ silahları Ukraynaya  qısa müddətdə çatdırılacaq

ABŞ silahları Ukraynaya qısa müddətdə çatdırılacaq

25 Aprel 07:12
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ silahları Ukraynaya qısa müddətdə çatdırılacaq.

ABŞ Ukraynaya vəd etdiyi silahları ən qısa müddətdə ünvanına çatdırmaq niyyətindədir.

Bunu ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun deyib. Onun sözlərinə görə, Ukraynadakı ağır vəziyyət ABŞ-ı tələsməyə məcbur edib və silahların verilməsi üçün müvafiq tədbirlər həyata keçirilməkdədir.

Çarlz Braun Ukraynaya ən müasir silahlar veriləcəyini və bunun cəbhədə vəziyyəti dəyişdirə biləcəyinə ümid etdiyini xüsusi vurğulayıb.

Xatlrladaq ki, Qərb mətbuatı ABŞ-ın Ukraynaya artıq ATACMS taktiki ballistik raketləri verdiyi barədə məlumat yayıb.

Oxuməni.az