ABŞ hərbi qüvvələri Nigeri tərk etməyə hazırlaşır

ABŞ hərbi qüvvələri Nigeri tərk etməyə hazırlaşır

25 Aprel 08:11
Bəyəndim (0) Bəyənmədim (0)

Afrikada daha bir ölkə müstəmləkə boyunduruğundan xilas olmağa hazırlaşır. Belə ki, bir müddət əvvəl Fransanın işğalçı qoşunlarını öz ərazisindən çıxarmağa nail olan Afrikanın Niger dövləti bu dəfə ABŞ qoşunlarından xilas olmaq niyyətindədir.

Bununla bağlı bu gün Niger və ABŞ arasında Amerika hərbçlərinin ölkədən çıxarılması barədə danışıqlar keçiriləcək. Danışıqlarda ABŞ-ı səfir Ketlin Fitsqibbon və general-mayor Ken Ekman, Nigeri isə xarici işlər və müdafiə nazirliyinin yüksək səviyyəli rəsmiləri təmsil edəcək.

Bu barədə yazılı şəkildə məlumat verən Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, tərəflər Amerika qöşunlarının müəyyən edilmiş şərtlər daxilində dinc yolla Nigeri tərk etməsi barədə razılığa gəlmək niyyətindədirlər.

Oxuməni.az