Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək

Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək

25 Aprel 13:13
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın beynəlxalq aləmdə apardığı dezinformasiya siyasətinə qarşı müqavimət artmaqda davam edir. Bununla bağlı Fransa Avropa İttifaqına müraciət edərək Rusiyanın dezinformasiya sahəsinə məsul olan hüquqi və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edilməsini tələb etmək niyyətindədir.

Bu barədə məlumat verən "Bloomberg" Rusiyaya qarşı tətbiq ediləcək yeni sanksiyaların daha geniş və əhatəli olacağını yazıb.

Nəşrin iddiasına görə, yeni sanksiyaların tətbiqi Rusiyanın Avropadakı təbliğat maşınına güclü zərbələr vuraraq onu zəflədəcək və eyni zamanda qarşı tərəf də Moskvaya analoji qaydada dezinformasiya müharibəsinə başlayacaq.

Oxuməni.az