Çevik Reaksiya Qüvvələrinin formalaşdırılmasında Polşa və Almaniya da iştirak edəcək

Çevik Reaksiya Qüvvələrinin formalaşdırılmasında Polşa və Almaniya da iştirak edəcək

25 Aprel 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyadan gələn təhlükəyə qarşı Avropa İttifaqının Çevik Reaksiya Qüvvələrinin formalaşdırılması prosesi davam edir.

Bu müstəvidə də Avropanın ən iri dövlətlərindən olan Polşa və Almaniya bu prosesə öz töhfələrini verməyə hazırlaşırlar.

Bununla bağlı Polşanın xarici işlər naziri Radoslav Sikorski Seymin (Polşa parlamentinin aşağı palatası) iclasındakı çıxışında deyib ki, Çevik Reaksiya Qüvvələrinin formalaşdırılmasında 5 min nəfər polyak hərbçi də iştirak edəcək.

O həmçinin qeyd edib ki, Polşa ilə birlikdə Almaniya da Çevik Reaksiya Qüvvələrinin formalaşdırılmasında 5 min nəfər hərbçisi ilə iştirak etməyi planlaşdırır.

Oxuməni.az