Asiya-Sakit okean regionunda  vəziyyət gərginləşir

Asiya-Sakit okean regionunda vəziyyət gərginləşir

25 Aprel 14:47
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Filippində orta mənzilli raketlər yerləşdirməsi Çində böyük əsəbiliklə və təşvişlə qarşılanıb.

Bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qianın açıqlaması da sübut edir. O məsələ ilə bağlı mətbuata verdiyi açıqlamada deyib ki, ABŞ-ın Asiya-Sakit okean regionunda orta mənzilli raketlər yerləşdirməsi bölgədəki dövlətlərin təhlükəsizliyinə vurulan zərbədir.

Vi Qıan qeyd edib ki, Çin ABŞ-ın bu hərəkətlərini cavabsız qoymayacaq və özünün təhlükəsizliyini təmin etmək üçün bütün imkanlardan istifadə edəcək. O, bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyətin ABŞ-ın üzərinə düşəcəyini xüsusi vurğulayıb.

Oxuməni.az