Pilotsuz uçuş aparatı Rusiyanın Stokholmdakı səfirliyinin ərazisinə boya töküb

Pilotsuz uçuş aparatı Rusiyanın Stokholmdakı səfirliyinin ərazisinə boya töküb

29 Noyabr 19:22
Bəyəndim (0) Bəyənmədim (0)


Pilotsuz uçuş aparatı Rusiyanın Stokholmdakı səfirliyinin ərazisinə boya atıb. Bu barədə TASS-a İsveç polisindən məlumat verilib. Hadisə noyabrın 29-na keçən gecə baş verib.

Stokholm polisinin sözçüsü Mats Eriksson deyib ki, biz helikopterdən istifadə edərək PUA-nı axtardıq, lakin uğursuz oldu. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni vandalizm aktı kimi araşdırır.

Xatırladaq ki,bundan əvvəl Moskvada naməlum şəxslər Litva səfirliyinin üzərinə boya töküblər.

Oktyabrın 15-də Bolqarıstanın paytaxtı Sofiyanın Lozenets məhəlləsində vandalların sovet əsgərlərinin məzarının üzərinə boya tökərək murdarladığı barədə məlumat yayılıb. Rusiya səfiri Eleonora Mitrofanova bildirib ki, hadisə ilə bağlı Bolqarıstan Xarici İşlər Nazirliyinə rəsmi nota göndərilib.

Bundan əvvəl Finlandiya Xarici Siyasət İnstitutunun əməkdaşı Çarli Salonius-Pasternak Helsinkidə rusiyalı diplomatların rəsmi avtomobillərini tikinti avadanlığı ilə zədələməyə və üzərinə boya tökməyə çağırmışdı.

Oxuməni.az