Əsəd görüş üçün Ərdoğana yalvarır
Suriya prezidenti Bəşər Əsəd ölkədə baş verən hadisələrlə əlaqədar Türkiyə ilə əlaqələr axtarmağa başlayıb.
Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Nəşr öz mənbələrinə istinadən xəbər verir ki, Suriya lideri iki vasitəçi vasitəsilə Türkiyə hakimiyyətini danışıqlara başlamağa dəvət edib.
Qəzet Türkiyə hakimiyyətinin Suriya ilə münasibətləri normallaşdırmaq təşəbbüslərini xatırladaraq, “İndiyədək Əsəd Türkiyənin uzatdığı ələ cavab verməyib” yazır.
Bundan əvvəl Suriya televiziyası Əsədin Türkiyə hakimiyyəti ilə danışıqlar aparmaq üçün Antalyaya nümayəndə heyəti göndərmək əmri verdiyini bildirib. “Sözcü” qəzeti Türkiyə kəşfiyyatındakı mənbələrə istinadən bu məlumatı təkzib edib.
Almaz Həsənli
Digər xəbərlər