Ukraynada demilitarizasiya zonası yaradıla bilər

Ukraynada demilitarizasiya zonası yaradıla bilər

5 Dekabr 15:35
Bəyəndim (2) Bəyənmədim (0)


“The Spectator” qəzetinin köşə yazarı Şon Tomas yazır ki, Şimali və Cənubi Koreyadan nümunə götürərək Ukraynada hərbisizləşdirilmiş zona yarana bilər.
“Ukrayna Koreya tipli demilitarizasiya zonasına doğru irəliləyir. Dondurulmuş hərbi sərhəd; onilliklər davam edə biləcək faciəli atəşkəs”, - nəşrin müəllifi yazır.
Tomasın sözlərinə görə, Ukrayna hərbi əməliyyatları davam etdirərsə, demoqrafik çöküşlə üzləşə bilər.
Bundan əvvəl NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı Ceyms Stavridis Ukraynada münaqişənin həlli üçün demilitarizasiya zonasının yaradılmasını, Latın Amerikası və Afrikadan Birləşmiş Millətlər Təşkilatının (BMT) qüvvələrinin göndərilməsini və bir neçə il Ukraynanın Avropa İttifaqına və NATO-ya qəbulunun təxirə salınmasını təklif edib.
Almaz Həsənli